Elzanın yeni şeiri aranı qarışdırdı: "Qadın bir şey istəyir, kişinin..." » Qaynar xəbərlərin tək ünvanı

» » Elzanın yeni şeiri aranı qarışdırdı: "Qadın bir şey istəyir, kişinin..."

Elzanın yeni şeiri aranı qarışdırdı: "Qadın bir şey istəyir, kişinin..."


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Elzanın yeni şeiri aranı qarışdırdı: "Qadın bir şey istəyir, kişinin..."

Əməkdar artist Elza Seyidcahan yeni şeir yazıb.


Aymobi.com qaynarinfo-ya istinadən  Elza Seyidcahanın "Qadın bir şey istəyir" adlı şeirini təqdim edir:


Qadın bir şey istəyir

Bir şey

Deyim nə istəyir?

Bir şey istəyir.

Bir.

Pul istəmir

Mal istəmir.

İki şey istəmir

Bir şey istəyir o,

Bir şey.

Qabırğadır, qabırğa

O istəyir.

İstəyir o

Bir şey olsun.

Qabırğa olsun, qabırğa

Çox şey istəmir ki?

Qadın qadını başa düşür,

Kişi kişini başa düşür,

Kişi qadını başa düşmür?

Kişinin işi qadına düşür,

Qadının kişiyə işi düşmür?

Kişinin beli bükülür,

Qadının abırı tökülür

Abırdan betər sökülür

Onun istəyi bir şeydir

Bir şey!

Rəhm istəyir,

Fəhm istəyir,

Səhm istəmir,

Baş tükündən yaratmadı

Başlara çıxsın.

Dırnaqlardan yaratmadı

Yerə atılsın.

Qabırğadan yaratdı ki,

Ağuşa batsın,

Tumara çatsın,

Sığalda yatsın, yatsın,

Batsın.

Arzuya çatsın, çatın

Yatsın.

Tumar, tumar

Sığal, sığal,

Qabırğa

Qabırğadır, qabırğa.

Qadın bir şey istəyir,

Bir şey.

Qabırğa olmaq istəyir

Qabırğa.

İstəyir o bir şey.


Paylaş:


Müəllif : Baxış :
34432
Tarix:
11-01-2018, 13:11
  






loading...