Azərbaycan 2-ci kateqoriyaya daxil edildi - ABŞ-dan Qarabağ çağırışı » Qaynar xəbərlərin tək ünvanı

» » Azərbaycan 2-ci kateqoriyaya daxil edildi - ABŞ-dan Qarabağ çağırışı

Azərbaycan 2-ci kateqoriyaya daxil edildi - ABŞ-dan Qarabağ çağırışı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Azərbaycan 2-ci kateqoriyaya daxil edildi - ABŞ-dan Qarabağ çağırışı

ABŞ Dövlət Departamenti amerikalı turistləri xarici ölkələrə səfər zamanı təhlükəsizlik riskləri haqqında məlumatlandırmaq üçün yeni sistem işə salıb.


Aymobi.com publika.az-a istinadən xəbər verir ki, yeni sistem çərçivəsində Azərbaycan amerkalı turistlərin təhlükəsizliyinə risk olan dövlətlər arasında ikinci kateqoriyaya daxil edilib. Vaşinqton həmçinin münaqişə ilə əlaqədar olaraq Dağlıq Qarabağa baş çəkməməyi məsləhət görüb.


"Dövrü atışmalar və artilleriya sistemlərindən istifadə hər il insanların həlak olmasına və yaralanmalarına gətirib çıxarır", - xəbərdə deyilir.


Məlumata görə, ABŞ vətəndaşlarının xaricdə müdafiəsinin gücləndirilməsi bu sistemin yaradılmasının hədəfidir. Dünya ölkələri səyahətin təhlükəsizliyi baxımından dörd kateqoriyaya bölünüb. Bunlar aşağıdakılardır:


1-ci kateqoriya – adi ehtiyat tədbirləri kifayətdir.


2-ci kateqoriya – ölkəyə səfər zamanı yüksək ehtiyatlılıq göstərin.


3-cü kateqoriya – bu ölkəyə səyahət etməklə bağlı qərarınızı yenidən nəzərdən keçirin.


4-cü kateqoriya – bu ölkəyə səyahət etməyin.


Paylaş:


Müəllif : Baxış :
6932
Tarix:
11-01-2018, 12:46
  






loading...

Oxşar Xəbərlər