Sabaha olan hava proqnozu - Açıqlandı » Qaynar xəbərlərin tək ünvanı

» » Sabaha olan hava proqnozu - Açıqlandı

Sabaha olan hava proqnozu - Açıqlandı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Sabaha olan hava proqnozu - Açıqlandı

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

 

Aymobi.com mətbuat.az-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında yanvarın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.


Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək, axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.


Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 8-11, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.


Azərbaycanın rayonlarında yanvarın 9-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam şimal və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.


Paylaş:


Müəllif : Baxış :
10532
Tarix:
8-01-2018, 16:38
  






loading...