Sumqayıtda çörək qadağası? - Rəsmi açıqlama » Qaynar xəbərlərin tək ünvanı

» » Sumqayıtda çörək qadağası? - Rəsmi açıqlama

Sumqayıtda çörək qadağası? - Rəsmi açıqlama


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Sumqayıtda çörək qadağası? - Rəsmi açıqlama

Sumqayıtda fəaliyyət göstərən market sahiblərindən biri mətbuata qəribə açıqlama verib. O bildirib ki, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən şəhərdəki market sahiblərinə ciddi xəbərdarlıq edilib. Məlumata görə, şəhər İcra Hakimiyyətinə çağrılan sahibkarlarla söhbət edən Sumqayıt İcra Hakimiyyəti başçısının müavini bildirib ki, yanvar ayının 8-dən etibarən Sumqayıt şəhəri ərazisində Bakıda fəaliyyət göstərən çörək zavodlarının məhsullarının satışı qadağan olunur. Şəhər marketlərində yalnız Sumqayıt çörək zavodunun məhsulları satıla bilər.


Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Eyvaz Qocayev ilə əlaqə saxladıq. O bildirdi ki, mövzu ilə bağlı yayılan xəbərlər əsassızdır:


"İndi hansı dövrdür ki, çörək qıtlığı olsun? Təbii ki, belə söhbətlər əsassızdır. Sahibkarlar alıcılara xidmət edir və alıcılar arasında hansı çörəklərə tələbat varsa, onun da satışı təmin edilir. Bu gün marketlərdə çoxsaylı çörək çeşidləri var. Amma Sumqayıtın zavod istehsalı olan çörək daha çox alınır. Sumqayıtın çörək zavodu kifayət qədər genişdir. Bundan əlavə, bir neçə çörək sexləri də fəaliyyət göstərir. Ümumiyyətlə, Sumqayıt zavodunda istehsal edilən çörəklər əhalinin təlabatını tamamilə ödəyir".


O bildirdi ki, İcra Hakimiyyəti tərəfindən sahibkarlara qadağa qoyulması, xəbərdarlıq edilməsi məsələsi əhali arasında ajotaj yaratmaq üçün yayılıb:


"Bazar iqtisadiyyatında yaşayırıq. Kimsə hansısa məqsədlə qalmaqal yaratmaq istəyib. Amma rəsmi olaraq İcra Hakimiyyəti tərəfindən bu məsələyə heç bir müdaxilə yoxdur".


Paylaş:


Müəllif : Baxış :
50532
Tarix:
8-01-2018, 13:23
  


loading...