Bütün “iPhone” modelləri təhlükə altındadır - DİQQƏT » Qaynar xəbərlərin tək ünvanı

» » Bütün “iPhone” modelləri təhlükə altındadır - DİQQƏT

Bütün “iPhone” modelləri təhlükə altındadır - DİQQƏT


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Bütün “iPhone” modelləri təhlükə altındadır - DİQQƏT

"Apple” şirkəti bütün "iMac” və "iPhone” modellərinin prosessorları üçün kritik boşluğun mövcud olmasını etiraf edib. Bu haqda İT nəhənginin saytında deyilir.


Aymobi.com lenta.ru-ya istinadən xəbər verir ki, saytına istinadən, "Meltdown və "Spectre” adlı 2 təhlükə aşkar edilib. Bu, demək olar ki, bütün qurğu və əməliyyat sistemlərinə təhlükə yaradır, "Mac” sistemi ilə işləyən bütün kompüterlər və "iOS” qurğuları təhlükə altındadır” – "Apple” şirkətindən bildirilib. Bununla belə qeyd edilir ki, hazırda son istifadəçiyə təsir göstərə biləcək zərərverici kodlar haqda məlumat yoxdur.


Şirkətdən bildirilib ki, hakerlər sözügedən boşluqdan istifadə etmək üçün zərərli mobil proqramı qurğuya quraşdırmalıdırlar. Qurğuya belə müdaxilənin qarşısını almaq üçün yalnız "App Store” kimi təhlükəsiz mənbələrə etibar etmək lazımdır.


Paylaş:


Müəllif : Baxış :
5532
Tarix:
6-01-2018, 14:01
  






loading...