Arda bu kluba “hə” dedi » Qaynar xəbərlərin tək ünvanı

» » Arda bu kluba “hə” dedi

Arda bu kluba “hə” dedi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Bu mövsüm "Barselona”da Ernesto Valvardenin forma geyindirmədiyi Arda Turan vətəninə qayıtmaq üçün gün sayır.


Adı bir neçə dəfə "Beşiktaş” və "Qalatasaray” ilə bir arada çəkilən futbolçuya "Medipol Başakşehir” də elçi düşmüşdü.


Aymobi.com sabah qəzeti-ə istinadən bildirir ki, Ardanın məhz son elçiyə marağı daha böyükdür. Xəbərdə klubun prezidenti Göksəl Gümüşdağın iki nəfərlik idarə heyəti ilə Ardanın transferi üzərində gizli şəkildə işlədiyi bildirilib.

 

"Barselona” da razı salınarsa, Arda bir neçə gün içində "Başakşəhər”in yeni ulduzu olacaq.


Təklifə görə, Arda öncə mövsüm sonuna qədər kirayə götürüləcək. Daha sonra bu müddət 1 il uzadılacaq. Klub futbolçuya 6 ay üçün 2,5 milyon avro ödəyəcək. Hazırda ulduz futboluçu "Barselona”da 7 milyon avro qazanır.


Paylaş:


Müəllif : Baxış :
15032
Tarix:
6-01-2018, 13:57
  


loading...