Təhsil işçilərinə mənzil veriləcək - EKSPERT » Qaynar xəbərlərin tək ünvanı

» » Təhsil işçilərinə mənzil veriləcək - EKSPERT

Təhsil işçilərinə mənzil veriləcək - EKSPERT


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Təhsil işçilərinə mənzil veriləcək - EKSPERT

Ekspertlər hesab edir ki, bu stimul qısa müddətdə təhsil sistemini dirçəldəcək.


Mənzil İnşaatı Dövlət Agentliyi dövlət sifarişi əsasında mənzil tikintisi üzrə ilk layihəsinə start verir. Söhbət təhsil işçilərinə güzəştli mənzillərin verilməsindən gedir. MİDA-nın dövlət sifarişi əsasında mənzil tikintisi üzrə ilk layihəsi təhsil işçilərinə yönəlib. Mənzillərin aylıq ödənişi isə onu əldə edənlər üçün kifayət qədər sərfəli olacaq. Layihə ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən gənc ailə üzvü kateqoriyasına aid olmayan, təhsil sahəsində çalışan digər işçiləri əhatə edəcək. Təhsil işçilərinə mənzillər Yasamal Yaşayış Kompleksinin ərazisindəki 1 binadan veriləcək.


Ekspertlər düşünür ki, gələcəkdə dövlət sifarişi ilə veriləcək mənzillərin əhatə dairəsi genişlənəcək.


Sözügedən qanun layihəsini dəyərləndirən təhsil ekspertlərinin xatırlatmasına görə, ölkə başçısının "Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” 16 noyabr 2016-cı il tarixli Fərmanına əsasən "Güzəştli mənzil” elektron sisteminin yaradılması və 1 may 2017-ci il tarixindən etibarən istifadəyə verilməsi nəzərdə tutulub.


Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq olunmuş qaydaya əsasən gənc ailənin üzvü olan aşağıdakı şəxslər; şəhid ailəsinin üzvü; Milli Qəhrəman; məcburi köçkün və ya ona bərabər tutulan şəxs ; ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs; ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs; fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs; idman sahəsində xüsusi xidmətləri olan şəxs güzəştli mənzil əldə etmək hüququna malikdirlər:


"Ölkə prezidenti tərəfindən qəbul edilmiş qərara diqqət edəndə siyahının çox ədalətli olduğunu görürük. Həqiqətən də, bu qərar uzun müddət təhsil sistemində çalışan, lakin mənzil şəraiti yaxşı olmayan şəxslər üçün müsbət nəticə göstərəcək. Bu, daha çox gənc müəllim ailələrinin sosial müdafiəsinə təminat verəcək. Ölkə prezidenti tərəfindən müəyyən olunmuş siyahıda qeyd olunur ki, təkcə təhsil sistemində müəllim kimi çalışan yox, eyni zamanda bu sistemə daxil olan şəxslər də güzəştli kateqoriyaya aid edilir. Belə ki, təhsil sistemində laborant, katibə, kitabxanaçı və bu kimi texniki fəaliyyət göstərən, aktiv tədris aparmayan şəxslər də prezidentin sərəncamından faydalana bilərlər.


Bu son illər ərzində Azərbaycan təhsil sahəsində həyata keçirilən islahatlara ciddi şəkildə müsbət təsir göstərəcək”.


Ekspertlər hesab edir ki, təhsil sistemində çalışan işçilərin mənzil, sosial problemləri olarsa, onlar bütün diqqətlərini, bilik və bacarıqlarını nümayiş etdirməkdə maraqlı olmurlar:


"Lakin bu sərəncamdan sonra təhsil işçiləri üçün stimul olacaq və qısa müddət sonra ölkə təhsili üçün ciddi şəkildə inkişaf baş verə bilər. Çünki təhsil sisteminin iştirakçıları bundan sonra ancaq diqqətlərini bu sahəyə həsr edəcəklər. Bu gün təhsil sistemi dedikdə yalnız müəllimlər nəzərdə tutulur. Lakin bu sərəncamda deyilir ki, təkcə onlar deyil, eyni zamanda təhsil sisteminin informasiyalaşdırılması, təhlükəsizliyi, fəaliyyət göstərməsində rola malik olan hər bir şəxs güzəştli şərtlərdən istifadə edə bilər”.


Paylaş:


Müəllif : Baxış :
25632
Tarix:
6-01-2018, 13:29
  


loading...

Oxşar Xəbərlər