Dünyanın ən böyük ordusu hazır vəziyyətə gətirildi - Müharibə əmri » Qaynar xəbərlərin tək ünvanı

» » Dünyanın ən böyük ordusu hazır vəziyyətə gətirildi - Müharibə əmri

Dünyanın ən böyük ordusu hazır vəziyyətə gətirildi - Müharibə əmri


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə və raket proqramı ətrafında yaranan gərginlik regionu müharibə həddinə gətirib. Pekin ABŞ-ın regiondakı müttəfiqi Cənubi Koreya ilə keçirdiyi ardıcıl hərbi təlimlərə cavab olaraq müharibəyə hazırlaşdığını bəyan etdi.


Aymobi.com publika.az-a istinadən xəbər verir ki, Çin Xalq Respublikasının sədri Si Cinpin orduya "müharibəyə hazır ol!" əmrini verib və əsgərləri ölümdən qarxmamağa çağırıb.


Hebei vilayətində Çin Xalq Azadlıq Ordusunun mərkəz qərargahında minlərlə əsgər qarşısında çıxış edən dövlət başçısı ordudan gerçək döyüş təlimlərinin keçirilməsini və yüksək texnoloji vasitələrlə bağlı araşdırmaların genişləndirilməsini istəyib. Çin mediası bu bəyanatı "nadir görünən mesaj" kimi qiymətləndiriblər.


Qeyd edək ki, Çin ordusu dünyanın ən böyük hərbi heyətinə malik silahlı qüvvədir. Çin ordusunun şəxsi heyəti 2 milyon nəfər təşkil edir. 2012-ci ildə hakimiyyətə gələn Si Cinpin ölkənin hərbi gücünün artırılmasını strateji hədəf olaraq müəyyənləşdirib. Son olaraq 2017-ci ilin oktyabr ayında 2050-ci ilə kimi "dünya standartlarında bir Çin ordusu"nun yaradılması barədə çağırış edib.


Onu da bildirək ki, Çinə mümkün təhdidlər yalnız Koreya yarımadasından deyil. Pekin Cənubi Çin dənizində də getdikcə daha böyük bölgə üzərində nəzarətə iddia edir. Çin burada Yaponiya, Malayziya, Filippin və Tailand kimi ölkələrlə qarşıdurma vəziyyətindədir. Hindistan isə Himalay bölgəsində ərazi iddiası ilə çıxış edir.


Paylaş:


Müəllif : Baxış :
9432
Tarix:
6-01-2018, 11:35
  






loading...