DİQQƏT: Saxta manatı əslindən bu üsullarla fərqləndirin - FOTOLAR » Qaynar xəbərlərin tək ünvanı

» » DİQQƏT: Saxta manatı əslindən bu üsullarla fərqləndirin - FOTOLAR

DİQQƏT: Saxta manatı əslindən bu üsullarla fərqləndirin - FOTOLAR


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

DİQQƏT: Saxta manatı əslindən bu üsullarla fərqləndirin - FOTOLAR

Azərbaycan Mərkəzi Bankı saxta əsginaslarla mübarizə çərçivəsində bu gün yerli banklara məktub göndərib.


Məlumata görə, şübhəli əsginasların Nağd pulun İdarəetmə İnformasiya Sisteminin veb-portalında qeydə alındıqdan sonra Mərkəzi Banka göstərilməsi tapşırılır.


Qeyd edək ki, Azərbaycan manatlarının mühafizəsi sistemi dörd mərhələdən ibarətdir. 100 manat nominallı əsginasın mühafizəsi sistemləri aşağıdakı kimidir:


I və II dərəcəli mühafizə elementlərini adi gözlə görmək mümkündür. Bu elementlər əhali üçün nəzərdə tutulur. Əsginasın üz hissəsində pulun dəyəri gizli formada qeyd olunub:

DİQQƏT: Saxta manatı əslindən bu üsullarla fərqləndirin - FOTOLAR

Digər element əsginasın sol aşağı küncündə 100 rəqəminin müxtəlif bucaqlardan fərqli rənglərə çalmasıdır. Əsl əsginaslarda bu rənglər tünd qırmızı ilə yaşıl rəng arasında dəyişməlidir.


Əsginası işığa tutarkən onun sol tərəfində manat işarəsi, əsginasın dəyəri, "manat” yazısı və su nişanını görmək olar.

DİQQƏT: Saxta manatı əslindən bu üsullarla fərqləndirin - FOTOLAR

Bundan başqa, əsginasdakı İçərişəhər saray kompleksinin qala divarının bir hissəsinə xüsusi diqqət yetirmək lazımdır. Orijinal əsginasda qala divarında ayrı-ayrı kərpicləri, yanındakı binada isə "Azərbaycan” mikromətnini görmək mümkündür.


Əsginasın sağ aşağı küncündə Azərbaycanın xəritəsi və 100 rəqəmi əks olunan holoqram görünür. Bundan başqa, sağ yuxarı küncdə 100 rəqəminə və sağda şaquli "YÜZ MANAT” yazısına toxunduqda onların relyefliyini hiss etmək olar.


Əsginasın sağ yuxarı küncündə AMB yazısı var ki, onu xüsusi avadanlıq vasitəsilə görmək mümkündür. Digər əsginaslardan fərqli olaraq 100 manatlıq kağız pullarda ikinci AMB yazısı da var. Bu yazı rənglidir və əsginasın sol tərəfində yerləşir.

DİQQƏT: Saxta manatı əslindən bu üsullarla fərqləndirin - FOTOLAR

DİQQƏT: Saxta manatı əslindən bu üsullarla fərqləndirin - FOTOLAR

Ultrabənövşəyi işıq altında 100 manatlıq əsginas aşağıdakı kimi görünür:

DİQQƏT: Saxta manatı əslindən bu üsullarla fərqləndirin - FOTOLAR

Əsginasın əks tərəfində, orta hissədə adi gözlə "manat” yazısı və metal sap görmək olar. Əsginasa müxtəlif bucaqlardan baxdıqda sağ tərəfdə iki xətt – bənövşəyi və yasəmən rəngli xətlər görmək mümkündür.

DİQQƏT: Saxta manatı əslindən bu üsullarla fərqləndirin - FOTOLAR

Bundan başqa, xəritədə mikromətn, xəritənin yanında və əsginasın sağ tərəfində isə xüsusi təsvir əks olunub.


100 manat nominallı əsginasın əks tərəfini ultrabənövşəyi işıqda aşağıdakı kimi görmək olar:

DİQQƏT: Saxta manatı əslindən bu üsullarla fərqləndirin - FOTOLAR


Paylaş:


Müəllif : Baxış :
8732
Tarix:
5-01-2018, 17:35
  






loading...