Ən çox maaşı hansı peşənin SAHİBLƏRİ ALIR? - İNANILMAZ RƏQƏMLƏR - SİYAHI » Qaynar xəbərlərin tək ünvanı

» » Ən çox maaşı hansı peşənin SAHİBLƏRİ ALIR? - İNANILMAZ RƏQƏMLƏR - SİYAHI

Ən çox maaşı hansı peşənin SAHİBLƏRİ ALIR? - İNANILMAZ RƏQƏMLƏR - SİYAHI


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Aymobi.com bildirir ki, iş axtaran və iş adamlarının istifadə etdiyi, iş həyatı ilə bağlı məlumatların yer aldığı linklend saytı maaş səviyyəsinə görə ABŞ-da ən yüksək əmək haqqı və mükafat alan peşələri açıqlayıb.


Həmin peşələri təqdim edirik:


İnşaat mühəndisi - Bina, yol, körpü kimi layihələr, şəhər və industriya layihələrində ehtiyac duyulan peşələrdən olan inşaat mühəndislərinin illik mükafatı 39488 dollar, orta illik maaşı 215085 dollardır.


İnvestisiya Bankı Analitiki - Şirkətlərə, hökumətlərə müxtəlif maliyyə xidmətlərində analitik kimi xidmət göstərən şəxslərin illik mükafatı 47 610 dollar, orta illik maaşı 131628 dollardır.


Ortopedik cərrah - Orqanlarda, əzələdə, sümük və sinirdə olan anormallıqları müəyyən edib, müalicəsini aparan ortopedik cərrahın ABŞ-da illik mükafatı 52651 dollar, orta illik maaşı 420 088 dollardır.


Radioloq - bədənin daxili orqanlarındakı xəstəlikləri müəyyən edib, müalicəsi ilə məşğul olan radioloqun illik mükafatı 52651 dollar, orta illik maaşı 392 082 dollardır.


Kardioloq - Ürək-damar xəstəliklərinin müalicəsi ilə məşğul olan kardioloqun orta illik mükafatı 52651 dollar, orta illik maaşı 392 082 dollardır.


Təcrübəçi həkim - Həkimliyin hər hansı sahəsində ixtisaslaşmamış, təcrübə keçən həkimlərin orta illik mükafatı 44864 dollar, orta illik maaşı 420088 dollardır.


Tədqiqatçı - Bir araşdırma ilə məşğul olan tədqiqatçının illik mükafatı 53211 dollar, orta illik maaşı 148431 dollardır.

Özəl investisiya ortaqları - Firma və layihələrdə investisiya yatıran ortaqların illik mükafatı 89618 dollar, orta illik maaşı 187639 dollardır.


İnvestisiya bankçılığında ortaqlar - Bu iş sahiblərinin illik mükafatı 106422 dollar, orta illik maaşı 245612 dollardır./publika.az


Paylaş:


Müəllif : Baxış :
12232
Tarix:
5-01-2018, 14:13
  






loading...