MN və Hərbi Prokurorluq arasında birgə tədbirlər planı imzalanıb » Qaynar xəbərlərin tək ünvanı

» » MN və Hərbi Prokurorluq arasında birgə tədbirlər planı imzalanıb

MN və Hərbi Prokurorluq arasında birgə tədbirlər planı imzalanıb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

2018-ci ildə Azərbaycan Ordusunda hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb.


Plana əsasən keçirilməsi nəzərdə tutulan tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyən edilib.


İl ərzində birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində müxtəlif kateqoriyalardan olan hərbi qulluqçularla nəzərdə tutulan görüşlərdə şəxsi heyətin hüquqi biliklərinin artırılması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən olunmuş tədbirlər və digər fəaliyyətlər həyata keçiriləcək.


Paylaş:


Müəllif : Baxış :
18832
Tarix:
5-01-2018, 11:53
  


loading...

Oxşar Xəbərlər