42 minə yaxın müəllimin əməkhaqqı artırıldı- Azərbaycanda » Qaynar xəbərlərin tək ünvanı

» » 42 minə yaxın müəllimin əməkhaqqı artırıldı- Azərbaycanda

42 minə yaxın müəllimin əməkhaqqı artırıldı- Azərbaycanda


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

42 minə yaxın müəllimin əməkhaqqı artırıldı- Azərbaycanda

2018-ci il yanvarın 1-dən ötən ilin may-aprel aylarında diaqnostik qiymətləndirilmədən keçən 42 minə yaxın müəllimin əməkhaqqı artırılıb. 


Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq  mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulur. Bu qərara əsasən 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanından uğurla keçib təyin olunan 6 minə yaxın müəllimin də əmək haqqı artırılıb. 


Azərbaycan Respublikası Prezidentinin "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 16 yanvar 2015-ci il tarixli 994 nömrəli sərəncamında bu kateqoriyadan olan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşının 2 dəfə artırılması nəzərdə tutulub.


Qeyd edək ki, 2014-cü ildən etibarən ölkə üzrə ümumilikdə 140.000-dək müəllim, o cümlədən ümumi saydan 41 360 nəfəri 2017-ci ildə diaqnostik qiymətləndirmədən keçib. Beləliklə də ölkənin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinə yekun vurulub. 


Paylaş:


Müəllif : Baxış :
22532
Tarix:
5-01-2018, 11:42
  


loading...

Oxşar Xəbərlər