Sabaha olan hava proqnozu - Açıqlandı » Qaynar xəbərlərin tək ünvanı

» » Sabaha olan hava proqnozu - Açıqlandı

Sabaha olan hava proqnozu - Açıqlandı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Sabaha olan hava proqnozu - Açıqlandı

Yanvarın 5-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir.


Aymobi.com bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən xəzərxəbər-ə verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. 


Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.


Yanvarın 5-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.


Havanın temperaturunun gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.


Paylaş:


Müəllif : Baxış :
20432
Tarix:
4-01-2018, 14:52
  


loading...