Yanvarın 4-də hava necə olacaq? » Qaynar xəbərlərin tək ünvanı

» » Yanvarın 4-də hava necə olacaq?

Yanvarın 4-də hava necə olacaq?


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Yanvarın 4-də hava necə olacaq?

Azərbaycanda yanvarın 4-nə gözlənilən hava proqnozu açıqlanıb.


Aymobi.com milli.az-a istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Səhər və axşam bəzi yerlərdə zəif duman, çiskin olma ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.


Havanın temperaturu gecə 1-4° isti, gündüz 7-10° isti təşkil edəcək.


Azərbaycan rayonlarında yanvarın 4-də hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq, şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 12-17° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.


Paylaş:


Müəllif : Baxış :
23032
Tarix:
3-01-2018, 20:00
  


loading...