Cəhbədə gərginlik artdı - Rəsmi » Qaynar xəbərlərin tək ünvanı

» » Cəhbədə gərginlik artdı - Rəsmi

Cəhbədə gərginlik artdı - Rəsmi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Cəhbədə gərginlik artdı - Rəsmi

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 126 dəfə pozub.


Aymobi.com Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub.


Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Şirvanlı, Sarıcalı, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


Paylaş:


Müəllif : Baxış :
18132
Tarix:
3-01-2018, 10:41
  


loading...