'Apple' köhnə iPhone cihazlarını zəiflətdiyi üçün müştərilərdən üzr istədi və həmin smartfonlara sahib olanlara xüsusi təklif etdi » Qaynar xəbərlərin tək ünvanı

» » 'Apple' köhnə iPhone cihazlarını zəiflətdiyi üçün müştərilərdən üzr istədi və həmin smartfonlara sahib olanlara xüsusi təklif etdi

'Apple' köhnə iPhone cihazlarını zəiflətdiyi üçün müştərilərdən üzr istədi və həmin smartfonlara sahib olanlara xüsusi təklif etdi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

'Apple' köhnə iPhone cihazlarını zəiflətdiyi üçün müştərilərdən üzr istədi və həmin smartfonlara sahib olanlara xüsusi təklif etdi

 "Apple” şirkəti köhnə model iPhone cihazlarının zəiflədilməsinə görə öz müştərilərindən üzr istəyib və bir daha bunu etməyəcəyinə söz verərək iPhone 6 və daha köhnə iPhone modellərinin batareyalarının endirimlə dəyişdirilməsini təklif edib.


"Apple şirkətinin sizin gözləntilərinizi məyus etdiyini düşündüyünüzü başa düşürük. Biz sizdən üzr istəyirik. Bu problem ətrafında anlaşılmazlıq yaranıb və biz vəziyyəti aydınlaşdıraraq bizim etdiyimiz dəyişikliklər barəsində sizlərə danışmaq istəyirik. Biz heç zaman bilərəkdən istənilən Apple məhsulunu zəiflətməmişik və insanların yeni məhsulları almaları üçün köhnə məhsulların interfeyslərini və ya məhsulların özlərini zəiflətmək kimi bir proses olmayacaq” – deyə şirkət bildirib.


Bir neçə müddət bundan öncə şirkətin vermiş olduğu məlumata əsasən köhnə model iPhone cihazlarının zəiflədilməsi onların batareyalarının tamamilə sıradan çıxmasının və bununla da cihazın ani olaraq sönməsinin qarşısını almaq üçün edilirdi. Bu cür üsul litium-ion batareyalarının mənfi özəlliyi ucbatından görülür. Belə ki, müəyyən müddətdən sonra bu batareyalar cihazı lazımi enerji ilə təmin edə bilmir. Müştərilərin etibarlarını yenidən qazanmaq üçün "Apple” bir neçə addım atacağını bildirib.


Həmin addımlar arasında şirkət servislərində cihaz batareyalarının dəyişilməsində 50%-lik endirim var. Beləliklə bu ilin Yanvar ayından başlayaraq Dekabr ayına kimi istifadəçilər köhnə model iPhone cihazlarının batareyalarını 79$ əvəzinə 29$-a dəyişə biləcəklər. Həmçinin şirkət söz verib ki, yeni iOS əməliyyat sistemində istifadəçilərin öz cihazlarındakı batareyalarının vəziyyətlərini nəzarət altında saxlamaları üçün yeni özəlliklər olacaq.

 

Technote.az//


Paylaş:


Müəllif : Baxış :
7932
Tarix:
2-01-2018, 21:09
  






loading...