Nazirlikdən xəbərdarlıq: Sabahdan hava... » Qaynar xəbərlərin tək ünvanı

» » Nazirlikdən xəbərdarlıq: Sabahdan hava...

Nazirlikdən xəbərdarlıq: Sabahdan hava...


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Azərbaycanda bazar gününə, dekabrın 31-nə olan hava proqnozu açıqlanıb.


Aymobi.com xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən sonxeber.az-a verilən məlumata görə, dekabrın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Gecə və səhər zəif duman, çiskin olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-7, gündüz 10-15, Bakıda gecə 5-7, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.


Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.


Azərbaycanın rayonlarında əsasən gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Havanın temperaturunun gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.


Paylaş:


Müəllif : Baxış :
29932
Tarix:
30-12-2017, 13:23
  


loading...