Azərbaycanda bir tələbəyə düşən xərclər artır - RƏSMİ » Qaynar xəbərlərin tək ünvanı

» » Azərbaycanda bir tələbəyə düşən xərclər artır - RƏSMİ

Azərbaycanda bir tələbəyə düşən xərclər artır - RƏSMİ


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Azərbaycanda bir tələbəyə düşən xərclər artır - RƏSMİ

Hesablama Palatası yeni maliyyələşmə mexanizminin (adambaşına maliyyələşdirmə) tətbiqindən sonra ali təhsil müəssisələrindəki mövcud vəziyyət və bir sıra göstəriciləri təhlil edib.


Məlumata görə, sənəddə qeyd edilib ki, 2017-ci ildə Azərbaycanda ali təhsilin tədris proqramlarını həyata keçirən 51 ali təhsil müəssisəsi, o cümlədən Təhsil nazirliyinin tabeliyində 20, digər nazirlik-komitələrin tabeliyində 12, xüsusi təyinatlı 7 və 12 özəl ali təhsil müəssisəsi fəaliyyət göstərib.


Prezidentin 21 iyun 2017-ci il tarixli sərəncamı ilə Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin publik hüquqi şəxsə çevrilməsi nəzərə alınaraq, hər iki ali təhsil müəssisəsinin bir sıra göstəricilərinin müqayisəli təhlili aparılıb. Ali təhsil müəssisələrində təhsil alan tələbələrin sayı ildən-ilə artıb, 2015-ci ildə 161234 tələbə, 2016-cı ildə 163779 tələbə, o cümlədən Bakı Dövlət Universitetində 17158 və 19354 tələbə, Azərbaycan Dövlət İqtisad Universiteti üzrə isə 17057 və 17198 tələbə təhsil alıb. Həmcinin dövlət sifarişi əsasında təhsil alan tələbələrin də sayında artım müşahidə edilməklə bu tələbələrin sayı 2015-ci ildə 13437 nəfər, 2016-cı ildə 14514 nəfər, 2017-ci ildə 15220 nəfər təşkil edib. 2015-2017-ci illərdə dövlət sifarişi əsasında təhsil alan tələbələr üzrə artım, həmin illərdə ümumi tələbə artımını üstələyib, artım faizi dövlət sifarişi əsasında təhsil alan tələbələr üzrə 13,3%, ümumi tələbələr üzrə isə 1,6% təşkil edib. Bakı Dövlət Universitetində bu göstəricilər 0,8% və 4,2% (azalma), Azərbaycan Dövlət İqtisad Universiteti üzrə isə 12,8% və 0,9% təşkil etmişdir.


Göründüyü kimi, 2015-ci illə müqayisədə 2016-cı ildə dövlət sifarişi əsasında təhsil alan tələbələrin sayı respublika üzrə 13,3% artsa da, artım İqtisad Universiteti üzrə 0,9% təşkil edib, Bakı Dövlət Universiteti  üzrə isə 4,2% azalma olub, ümumi tələbə kontingentində dövlət sifarişi əsasında təhsil alan tələbələrin nisbəti Bakı Dövlət Universiteti üzrə müvafiq olaraq 53,7% və 48,1%, İqtisad Universiteti üzrə isə 35,9% və 34,2% təşkil edib.


Yeni maliyyələşmə mexanizminin tətbiqindən və ali təhsil müəssisələrinə maliyyə müstəqilliyi verildikdən sonra ali təhsil müəssisələrinin xərclərinin tərkibində əməyin ödənişi xərcləri üstünlük təşkil etməklə, 2015-2016-cı illərdə bu xərclərin xüsusi çəkisi Bakı Dövlət Universiteti üzrə 87,2% və 84,6%, İqtisad Universiteti üzrə isə 83,0% və 79,1% təşkil edib. Bir işçiyə düşən orta aylıq əmək haqqı xərci Bakı Dövlət Universiteti üzrə 624,7 manat və 749,1 manat təşkil etmişdir ki, bu da respublika üzrə orta aylıq əmək haqqından müvafiq olaraq 157,8 manat və ya 33,8%, 249,3 manat və ya 49,9% çoxdur. Bir işçiyə düşən orta aylıq əmək haqqı xərci İqtisad Universiteti üzrə 2015- 2016-cı illərdə 730,4 manat və 678,2 manat təşkil etmişdir ki, bu da respublika üzrə orta aylıq əmək haqqından müvafiq olaraq 263,5 manat və ya 56,4%, 178,4 manat və ya 35,7% çoxdur.


Bir tələbəyə düşən xərc ildən-ilə artmaqla, bu göstərici dövlət sifarişi ilə təhsil alanlar üçün müəyyənləşdirilmiş təhsil haqqından yüksək olub. Ali təhsil müəssisələrinin illik smeta göstəricilərinə əsasən 2015-2016-cı illərdə bir tələbəyə düşən xərc Bakı Dövlət Universiteti üzrə 3648,8 manat və 4416,6 manat (dövlət sifarişi əsasında təhsilalanlar üçün nəzərdə tutulmuş maksimum təhsil haqqından 1968,8 manat və 2736,6 manat çox), İqtisad Universiteti üzrə 1667,8 manat və 1941,4 manat (dövlət sifarişi əsasında təhsilalanlar üçün nəzərdə tutulmuş maksimum təhsil haqqından 12,2 manat az və 261,4 manat çox) təşkil edib.


Paylaş:


Müəllif : Baxış :
22532
Tarix:
30-12-2017, 12:26
  


loading...