Hərbçilər üçün döyüş smartfonları hazırlanıb » Qaynar xəbərlərin tək ünvanı

» » Hərbçilər üçün döyüş smartfonları hazırlanıb

Hərbçilər üçün döyüş smartfonları hazırlanıb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Hərbçilər üçün döyüş smartfonları hazırlanıb

İsrail Dövlət Logistika və Texnologiyalar İdarəsi hərbçilər üçün yeni döyüş smartfonları hazırlayıb. "Shaked Fighting” adlı yeni qurğu döyüş zamanı əsgərlərin hərəkət trayektoriyasının yaxşılaşdırılması məqsədinə xidmət edir.


Məlumata görə, qurğu Android əməliyyat sisteminin idarəsi altında işləyir. Həmin qurğu döyüş əməliyyatında iştirak edən hərbçilərə veriləcək, bölmə komandirləri isə əlavə zərbəyədavamlı telefon və rabitə avadanlıqları, həmçinin portativ enerjidoldurma qurğusu olan çantalarla təchiz ediləcəklər.


"Shaked Fighting” bir sıra xüsusi proqramlara malikdir, yüngüldür və ondan istifadə etmək olduqca sadədir. Əsgərlər yeni smartfon vasitəsilə kompas, xəritə, kamera və döyüş sistemi radiusunda məlumatları mübadilə edə biləcəklər.


Həmçinin "Shaked Fighting” hədəfi, onun yad və ya tanış olduğunu müəyyən edə bilir. Qurğu sınaqdan keçirilib və müsbət rəy alıb. Yeni döyüş smartfonlarının kütləvi istehsalına 2019-cu ildə başlanılacaq.


Paylaş:


Müəllif : Baxış :
13332
Tarix:
29-12-2017, 11:24
  


loading...

Oxşar Xəbərlər