Ali məktəblərə qəbul yeni qaydalarla olacaq » Qaynar xəbərlərin tək ünvanı

» » Ali məktəblərə qəbul yeni qaydalarla olacaq

Ali məktəblərə qəbul yeni qaydalarla olacaq


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Ali məktəblərə qəbul yeni qaydalarla olacaq

2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul qaydalarında ciddi dəyişiklik edilməyəcək.


Aztəhsil.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.


DİM sədrinin sözlərinə görə, bu qaydalar demək olar 2017-2018-ci tədris ilinin qəbul qaydaları ilə eyni olacaq:


"Biz qəbul qaydaları ilə bağlı hazırladığımız layihədə qeyd etmişik ki, iki dəfə imtahan verən şəxslər müxtəlif ixtisas qruplarını seçə bilərlər. Təhsil və Ədliyyə nazirlikləri bu məsələ ilə bağlı razılığını bildirib. Lakin qaydalar Nazirlər Kabineti tərəfindən təsdiqlənməlidir. Ümid edirəm yanvar ayında Nazirlər Kabineti bu məsələyə baxacaq və qaydalar təsdiqlənəcək". 


Paylaş:


Müəllif : Baxış :
27832
Tarix:
29-12-2017, 11:07
  


loading...

Oxşar Xəbərlər