Azərbaycanın yeni telekanalının adı açıqlandı » Qaynar xəbərlərin tək ünvanı

» » Azərbaycanın yeni telekanalının adı açıqlandı

Azərbaycanın yeni telekanalının adı açıqlandı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Azərbaycanın yeni telekanalının adı açıqlandı

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.


Aymobi.com sonxəbər.az-a istinadən xəbər verir ki, iclasda Şuranın 14 noyabr 2017-ci il tarixli qərarı ilə ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqədə iştirak etmiş "BAKU ART LAB" MMC, "Türkel TV" MMC, "MEDİA MASTER" MMC-nin sənədlərinə baxılıb, müsabiqənin nəticələri müzakirə edilib.


MTRŞ "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 15, 19-cu maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 8.6, 9.6-cı bəndini, "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının 15 mart 2016-cı il tarixli 176-VQ saylı Qanununun 22.1-ci maddəsini rəhbər tutaraq digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan "Türkel TV" MMC-ni ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqənin qalibi elan edib və ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.


Paylaş:


Müəllif : Baxış :
16632
Tarix:
28-12-2017, 17:21
  






loading...