"Müəllimlərin əmək haqları artırılacaq" - Nazir » Qaynar xəbərlərin tək ünvanı

» » "Müəllimlərin əmək haqları artırılacaq" - Nazir

"Müəllimlərin əmək haqları artırılacaq" - Nazir


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

"Müəllimlərin əmək haqları artırılacaq" - Nazir

"2018-ci ilin dövlət büdcəsində təhsil sahəsində xərclərdə kifayət qədər böyük artım var".

 

Aymobi.com xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov AZTV-yə müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, təhsil sahəsində xərclərin artımı prezident İlham Əliyev tərəfindən təsdiqlənən proqrama uyğun olaraq orta məktəblərdə çalışan müəllimlərin əmək haqlarının artırılması istiqamətində aparılan məqsədyönlü tədbirlərin aparılması ilə bağlıdır:

 

"Burada böyük işlər görülür. Artıq diaqnostik qiymətləndirmə işləri başa çatmaq üzrədir. Bununla əlaqədar müəllimlərin əmək haqları əhəmiyyətli dərəcədə artıb. Həm məktəb direktorlarının, həm də müəllimlərin əmək haqları yüksəlib. Artıq çox bacarıqlı, savadlı, səriştəli müəllimlər yüksək maaş almaq imkanını qazanıblar".

 

2018-ci ildə bu tendensiyanın davam edəcəyini deyən nazir qeyd edib ki, diaqnostik qiymətləndirmələrin başa çatdırılır və sınaqdan keçən müəllimlər məvaciblərini artırmaq imkanı qazanırlar. Maliyyə naziri əlavə edib ki, orta hesabla müəllimlərin əmək haqları 35% artıb:

 

"Bəzi kateqoriyalar üzrə müəllimlərin əmək haqqı artımı daha yüksəkdir. Gələn il təhsil xərclərində artım bu məqsədlərə də xidmət edəcək".


Paylaş:


Müəllif : Baxış :
28032
Tarix:
28-12-2017, 11:48
  


loading...

Oxşar Xəbərlər