Xoruzun seçdiyi qız - Ərə gedəcək » Qaynar xəbərlərin tək ünvanı

» » Xoruzun seçdiyi qız - Ərə gedəcək

Xoruzun seçdiyi qız - Ərə gedəcək


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Xoruzun seçdiyi qız - Ərə gedəcək

Yeni ili hər bir xalq özünəməxsus şəkildə qeyd edir. Aymobi.com ailem.az-a istinadən dünyanın dörd bir yanında qeyd olunan qəribə Yeni il adətlərini diqqətinizə çatdırır.


Finlandiya


Kiçik bir qurğuşun parçası əridildikdən sonra suya atılır, bu parçanın aldığı şəkil izah olunaraq, təzə ilin necə keçəcəyi təxminlər edilir.


Filippinlər


Kəsilib yuvarlaq şəkil verilmiş meyvələrlə boşqablar doldurulur. Bunun ertəsi il xoşbəxtlik gətiriləcəyinə inanılır.


Estoniya


Yeni il gecəsi 12 növ yemək yeyilir. Bunun Yeni ildə güc verəcəyinə inanılır.


Tailand


Yeni ilə yuyunaraq girmək üçün su "savaşları" edilir.


Argentina


Gecə saat 12-ini vuranda lobya yeməyin ömür boyu şans gətirəcəyinə inanılır.


Ekvator


Düşməni təmsil edən insan surətlərini, fotoları küçədə yandırırlar.


Danimarka


Qohumların və digər yaxınların qapılarına boşqabları vuraraq sındırırlar ki həmin şəxslərin çox dostu olsun.


İspaniya


Gecə yarısı saatlar 12-ni vuranda hər zəng üçün bir gilə üzüm yeyilir.


Belarus


Subay qızlar oturur, önlərinə qarğıdalı dolu qablar qoyurlar. Ortaya bir xoruz salınır. İnanca görə, xoruz kimin önündəki qabdan qarğıdalını birinci yesə, o qız Yeni ildə ailə quracaq.


Almaniya


Almaniyada donuz şəklindəki balaca badam şirniyyatlarından yeyilir və hədiyyə edilir. Şans və zənginlik gətirdiyinə inanılır.


Yunanıstan


O gün evə girərkən qapıda nar qırılır. Bunun bərəkət və xoşbəxtlik gətirəcəyinə inanırlar. Həmçinin qapının üzərinə Həzrəti İsanın yenidən doğuluşunu simvolizə edən soğan asılır.


Yaponiya


Buddist ibadətgahlarında Yeni ilə "xoş gəldin" demək üçün 108 dəfə zəng çalınır.


İsveçrə


Yerə dondurma atılır.


Çili


Ailə üzvlərinin və qohumların məzarı başında yatırlar.


Boliviya


Tortun içinə şokolad şəklində pullar qoyulur. Bu şokolad pulları tapanlara Yeni ilin şans gətirəcəyinə inanılır.


Paylaş:


Müəllif : Baxış :
20332
Tarix:
28-12-2017, 10:16
  


loading...