Lavrovdan BƏYANAT » Qaynar xəbərlərin tək ünvanı

» » Lavrovdan BƏYANAT

Lavrovdan BƏYANAT


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

"Ən-Nüsra" Cəbhəsinin dağıdılması İŞİD-ə həlledici zərbədən sonra Suriyada terrorçuluğa qarşı əsas məsələdir.


Aymobi.com publika.az-a istinadən xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov "Suriya sabah" müxalifət hərəkatının lideri Əhməd Carboyla görüşdə deyib.


"İŞİD-ə həlledici zərbə vurulub. Hərçənd döyüş meydanından qaçmış döyüşçülər Suriyadan xaricə çıxmağa çalışırlar. Amma aydındır ki, əsas mübarizə arxada qalıb. İndi, əlbəttə, "Ən-Nüsra" Cəbhəsinin dağıdılması terrorçuluğa qarşı əsas məsələdir", - Lavrov əlavə edib.


Daha əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, İŞİD-in döyüşçüləri Suriya və İraqdan qonşu ölkələrə gedirlər.


"Təşkilatın döyüşçüləri Əfqanıstanda möhkəmlənir. Onlar oradan İran, Çin, Hindistan, Mərkəzi Asiya və Rusiyaya sıza bilərlər", - Təhlükəsizlik Şurasının katibi deyib.


Paylaş:


Müəllif : Baxış :
17432
Tarix:
27-12-2017, 15:43
  


loading...