Aprel döyüşlərində ermənilərə casusluq edildiyi sübut olundu - RƏSMİ » Qaynar xəbərlərin tək ünvanı

» » Aprel döyüşlərində ermənilərə casusluq edildiyi sübut olundu - RƏSMİ

Aprel döyüşlərində ermənilərə casusluq edildiyi sübut olundu - RƏSMİ


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

2016-cı ilin aprel hadisələrində erməni tərəfə casusluq edən şəbəkənin yazışmaları bərpa olunub və sübuta yetirilib.


Aymobi.com trend-ə istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Fuad Cavadov deyib.


F.Cavadov qeyd edib ki, casus şəbəkəsinin bəzi üzvləri məlumatları ötürəndən sonra silərək məsuliyyəti öz üzərilərindən atmaq istəyib:


"Həmin şəxslər iddia edirdilər ki, onlar casusluq etməyib və ermənilərə heç bir məlumat ötürməyiblər. Lakin onların kompüter və mobil telefonları bizim mərkəzə təqdim edildi.


Mərkəzin avadanlıqları vasitəsilə həmin şəxslərin düşmən tərəflə yazışmaları bərpa edildi və istintaqa təqdim olundu. Yəni onların düşmən tərəflə yazışmaları kompüter və telefonlardan silinsə də, avadanlıqlar vasitəsilə həmin yazışmalar bərpa edildi".


Paylaş:


Müəllif : Baxış :
19032
Tarix:
27-12-2017, 14:42
  


loading...

Oxşar Xəbərlər