Nazirlikdən xəbərdarlıq! Şaxta olacaq » Qaynar xəbərlərin tək ünvanı

» » Nazirlikdən xəbərdarlıq! Şaxta olacaq

Nazirlikdən xəbərdarlıq! Şaxta olacaq


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Sabah, dekabrın 28-də Azərbaycanda gözlənilən hava proqnozu açıqlanıb.


Aymobi.com xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən sonxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.


Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, gündüz 10-14, Bakıda gecə 4-6, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.


Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.


Azərbaycanın rayonlarında dekabrın 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Havanın temperaturunun gecə 3-7, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.


Paylaş:


Müəllif : Baxış :
35832
Tarix:
27-12-2017, 13:16
  


loading...