Gürcüstan Qarabağda Azərbaycana ən böyük dəstəyi verdi » Qaynar xəbərlərin tək ünvanı

» » Gürcüstan Qarabağda Azərbaycana ən böyük dəstəyi verdi

Gürcüstan Qarabağda Azərbaycana ən böyük dəstəyi verdi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Gürcüstan Qarabağda Azərbaycana ən böyük dəstəyi verdi

Rusiya hərbi texnikasının Qoridən keçərək Ermənistana gətirilməsinə imkan yaradılmadı


Aymobi.com istipress-ə istinadən xəbər verir ki, işğal altında olan Abxaziya və Cənubi Osetiyadan yeni nəqliyyat dəhlizləri açmaq niyyəti ilə Tiflisə getmiş Serj Sarkisyanın səfəri uğursuz olub.


Erməni jurnalist Tevos Arşakyan "ArmenianReport"da yazdığı məqaləsində bildirir ki, Sarkisyanın Ermənistanı blokadadan çıxarmaq üçün etdiyi bu cəhd heç bir nəticə verməyib:

 

"Sarkisyan yəqin ki, bu məsələ ilə bağlı gürcü rəhbərliyi ilə yetərincə çətin danışıqlar aparıb. Amma tamamilə aydındır ki, gürcü tərəfi öz seçimini edib".


Erməni jurnalistin yazdığından belə çıxır ki, Serj Sarkisyan bu məsələ üçün Tiflisə üz tutanda elə bir ciddi ümidi yox imiş. Sadəcə, erməniləri Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ümidləndirmişdi. O, bildirmişdi ki, fors-major hallarında Ermənistan yük daşımaq üçün Abxaziya və Cənubi Osetiyadan istifadə edə bilər.


Kvirikaşvilinin bu bəyanatı hansı məqsədlə verdiyi aydın deyildi. Amma məlum idi ki, bu, Gürcüstan müxalifətini ciddi şəkildə özündən çıxarmışdı. Çünki bu, rəsmi Tiflisin Abxaziya və Osetiyanın ilhaqı ilə razılaşması demək idi. Bu, Gürcüstanla sıx əlaqələrə malik Türkiyə və Azərbaycanı da ciddi narahat etmişdi, çünki məsələ Gürcüstanın Dağlıq Qarabağ münaqişəsində Ermənistana dəstək verməsi də sayıla bilərdi.


Kəlbəcərin işğalından sonra Türkiyə Ermənistanla sərhədlərini bağlamışdı, bununla da Ermənistanın Türkiyə və Avropa ilə dəmir yolu əlaqəsi kəsilmişdi. Abxaziyanın işğalı ilə Ermənistanın Rusiya ilə də dəmir yolu əlaqəsi də kəsilmişdi. Ermənistan Rusiya ilə yalnız Hərbi Gürcüstan yolu ilə əlaqə saxlaya bilir ki, qış aylarında o, bəzən həftələrlə bağlı qalır. Həmin vaxt ermənilər Qara dənizdən bərə ilə yük daşıya bilirlər ki, bu həddindən baha başa gəlir və həftədən çox vaxt aparır.


Ermənistan Abxaziyadan və Cənubi Osetiyadan yolların açılmasında çox maraqlıdır, çünki bu ölkəyə yüklərin böyük hissəsi - 80 faizi Rusiyadan gəlir. Ermənilər vurğulayırlar ki, iqtisadi baxımdan Ermənistan üçün ən əlverişli marşrut Cənubi Osetiyadan keçən Şimali Osetiya - Qori marşurutudur. O, mövcud Lars yolundan 80 kilometr uzun olsa da əlverişli iqlim şərtlərinə görə daha üstün mövqedədir.


Bu yolun Azərbaycan, eləcə də Gürcüstan üçün digər təhlükəsi isə həmin yol hərbi qüvvənin rahat keçə bilməsindədir. 2008-ci ildə baş vermiş müharibədə Rusiya tankları həmin yolu asanlıqla keçərək tez bir zamanda Qorini tutdur. Yəni Azərbaycan Qarabağda ciddi uğur qazanarsa, Rusiya hərbi texnikanı humanitar yük adı altında maskalayaraq, müəyyən kanallar vasitəsi ilə Ermənistana hərbi yardım göstərə bilər. Yəni həmin yolun bağlı qalması potensial Qarabağ müharibəsi baxımından çox vacibdir.


Əslində, baş verənləri həm Azərbaycanın diplomatik baxamdan erməni diplomatiyası üzərində qələbəsi deməkdir, həm də Gürcüstanın ciddi dövlətçilik ənənəsin malik olmasının sübutudur. Ermənilər nə qədər hadisəyə xristian həmrəyliyi donu geyindirsələr də, Gürcüstanı öz tərəflərinə çəkib Azərbaycanı təkləməyə çalışsalar da, gürcülər öz dövlət maraqlarını qurban vermirlər və Qarabağ məsələsində Azərbaycanın yanında yer alırlar.

Gürcüstan Qarabağda Azərbaycana ən böyük dəstəyi verdi

Gürcüstan Qarabağda Azərbaycana ən böyük dəstəyi verdi


Paylaş:


Müəllif : Baxış :
19432
Tarix:
27-12-2017, 10:01
  


loading...

Oxşar Xəbərlər