Sabah hava belə olacaq - Proqnoz açıqlandı » Qaynar xəbərlərin tək ünvanı

» » Sabah hava belə olacaq - Proqnoz açıqlandı

Sabah hava belə olacaq - Proqnoz açıqlandı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Sabah hava belə olacaq - Proqnoz açıqlandı

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.


Aymobi.com xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən mətbuat.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7, gündüz 9-14, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.


Azərbaycanın rayonlarında dekabrın 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər Böyük Qafqazın bəzi yerlərində yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.


Tibbi-meteoroloji proqnoz


Dekabrın 27-dən 29-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.


Paylaş:


Müəllif : Baxış :
25432
Tarix:
26-12-2017, 15:45
  


loading...