“Samsung Galaxy S9”un fotoları yayıldı » Qaynar xəbərlərin tək ünvanı

» » “Samsung Galaxy S9”un fotoları yayıldı

“Samsung Galaxy S9”un fotoları yayıldı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

“Samsung Galaxy S9”un fotoları yayıldı

Hələ təqdim olunmamış "Samsung Galaxy S9” və "S9 Plus” smartfonlarının yeni fotoları yayılıb.


Aymobi.com lent.az-a istinadən xəbər verir ki, fotolarda yeni cihazların dizaynının yekun versiyası əksini tapıb. Rəsmi təqdimatın 2018-ci ilin fevralında keçirilməsi planlaşdırılır.


Zahirən yeni smartfonlar əvvəlki "Galaxy”lərdən demək olar ki, fərqlənmir. Yuxarı və aşağı hissələrdə daha nazik çərçivələr var, barmaq izi skaneri isə əsas kameranın modulunun aşağısında yerləşdirilib.


Top model ikili kameraya malik olacaq və ikinci modul təsvirin ikiqat optik böyüdülməsi üçün istifadə ediləcək. Hələlik məlum olan budur ki, smartfonlar 5,8 və 6,2 düym displeyə malik olacaq. Cihazlar "Snapdragon 845” və "Exynos 9810” prosessoru ilə təchiz ediləcək. Operativ yaddaş 4-6 Gb, daxili yaddaş isə 64-128 Gb-dir.

“Samsung Galaxy S9”un fotoları yayıldı

“Samsung Galaxy S9”un fotoları yayıldı


Paylaş:


Müəllif : Baxış :
20532
Tarix:
26-12-2017, 13:49
  


loading...