Futbolçu uşaq xəstəxanası tikdirir » Qaynar xəbərlərin tək ünvanı

» » Futbolçu uşaq xəstəxanası tikdirir

Futbolçu uşaq xəstəxanası tikdirir


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Futbolçu uşaq xəstəxanası tikdirir

Portuqaliyalı futbol ulduzu Kristiano Ronaldo meydandakı oyununa görə tənqid edilsə də, xeyriyyə aksiyalarına qatılması təqdir edilir. 2010-cu ildə 10 yaşlı uşağın beyin əməliyyatına yardım etməsi, 2012-ci ildə 9 yaşlı bir uşağın xərçəng müalicəsini boynuna götürməsinə qədər müxtəlif xeyriyyə işlərinə imza atan Ronaldo indi də uşaq xəstəxanasının tikintisinə qoşulub.


Aymobi.com faktxəbər.com-a istinadən xəbər verir ki, Kristiano Ronaldo Çilidə uşaqlar üçün xəstəxana tikdirir. Ulduz futbolçunun italyan iş adamı Aleesandro Proto ilə Çilinin paytaxtı Santyaqo yaxınlığında tikdirdiyi xəstəxana 2020-ci ildə tamamlanacaq. Bu uşaq xəstəxanası Cənubi Amerikada tikiləcək xəstəxana zəncirin ilk halqasını təşkil edəcək.


Ronaldo YUNİSEF və "Save The Children"nın xoşməramlı səfiridir.

Futbolçu uşaq xəstəxanası tikdirir


Paylaş:


Müəllif : Baxış :
18032
Tarix:
26-12-2017, 12:59
  


loading...