Sabah bizi hansı hava gözləyir? » Qaynar xəbərlərin tək ünvanı

» » Sabah bizi hansı hava gözləyir?

Sabah bizi hansı hava gözləyir?


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Sabah bizi hansı hava gözləyir?

Bazar günü, dekabrın 24-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.


Aymobi.com xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən sonxeber.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.


Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.


Atmosfer təzyiqi 753 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.


Azərbaycanın rayonlarında dekabrın 24-də arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.


Havanın temperaturunun gecə 0-5, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir.


Paylaş:


Müəllif : Baxış :
32632
Tarix:
23-12-2017, 14:38
  


loading...