Cəlilabadda itkin düşən 7-ci sinif şagirdləri tapılıb » Qaynar xəbərlərin tək ünvanı

» » Cəlilabadda itkin düşən 7-ci sinif şagirdləri tapılıb

Cəlilabadda itkin düşən 7-ci sinif şagirdləri tapılıb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Cəlilabadda itkin düşən 7-ci sinif şagirdləri tapılıb

Cəlilabad rayonunda itkin düşən 7-ci sinif şagirdləri tapılıb. 


Məlumata görə, Cəlilabad şəhər sakinləri- 14 yaşlı İsmayıl Mətləb oğlu Əmənov, onun həmyaşıdı və qonşusu Xalid Altay oğlu Əliyev ötən gün səhər saatlarında dərsə getmək adıyla evdən çıxıb Bakıya gediblər.  Uşaqları Bakı şəhərində metronun "Nizami" stansiyasının yaxınlığında şəkillərini sosial şəbəkədən görən vətəndaş saxlayıb, dərhal yaxınlarına xəbər verib. Hazırda uşaqlar Bakıdadırlar, yaxın saatlarda Cəlilabada göndəriləcəklər.


Doğmaları isə dərhal bu barədə Cəlilabad Rayon Polis Şöbəsinə məlumat verib.


Qeyd edək ki, itkin düşən məktəblinin hər ikisi Cəlilabad şəhər 7 saylı tam orta məktəbinin 7-ci sinif şagirdləridir.


Paylaş:


Müəllif : Baxış :
31232
Tarix:
23-12-2017, 14:17
  


loading...

Oxşar Xəbərlər