İlham Əliyev Gürcüstanın - Daxili işlər nazirini qəbul edib » Qaynar xəbərlərin tək ünvanı

» » İlham Əliyev Gürcüstanın - Daxili işlər nazirini qəbul edib

İlham Əliyev Gürcüstanın - Daxili işlər nazirini qəbul edib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

İlham Əliyev Gürcüstanın - Daxili işlər nazirini qəbul edib

Prezident İlham Əliyev dekabrın 23-də Gürcüstanın Baş nazirinin müavini, daxili işlər naziri Giorgi Qaxarianı qəbul edib.


Məlumata görə, görüşdə Azərbaycan-Gürcüstan ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən hüquq mühafizə orqanları arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib. Dövlətimizin başçısı Giorgi Qaxarianı Gürcüstanın daxili işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.


Giorgi Qaxaria təbrikə görə minnətdarlığını bildirərək bundan əvvəl Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsində çalışarkən dövlətimizin başçısı ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb. O, iki ölkə Daxili İşlər nazirlikləri arasında uğurlu əməkdaşlıq aparıldığını deyib.


Söhbət zamanı ölkələrimizin həyata keçirdiyi birgə qlobal iqtisadi layihələrin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti qeyd edildi, Azərbaycan və Gürcüstan hüquq mühafizə orqanlarının təhlükəsizliyin təmin olunması istiqamətində birgə fəaliyyətinin bundan sonra da həyata keçiriləcəyinə əminlik ifadə olunub.


Paylaş:


Müəllif : Baxış :
20232
Tarix:
23-12-2017, 13:12
  


loading...

Oxşar Xəbərlər