Ata oğlunu bıçaqladı - Balakəndə » Qaynar xəbərlərin tək ünvanı

» » Ata oğlunu bıçaqladı - Balakəndə

Ata oğlunu bıçaqladı - Balakəndə


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Ata oğlunu bıçaqladı - Balakəndə

Balakəndə ailə münaqişəsi zəminində ata 41 yaşlı oğlunu bıçaqlayıb.


Aymobi.com apa-ya istinadən xəbər verir ki, dekabrın 22-i axşam saat 22:30 radələrində rayonun Qazma kənd sakini, 1976-cı il təvəllüdlü Vüqar Loğman oğlu Əhmədov bıçaq xəsarəti ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.


Bədənin qarın nahiyəsinin kəsilmiş-deşilmiş və daxilə nüfuz edən bıçaq yarası xəsarəti ilə xəstəxanaya daxil olan Vüqar Əhmədovun üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional verilən məlumata görə, hadisə Vüqar Əhmədovun yaşadığı ünvanda baş verib. Vüqar Əhmədovla atası, 1953-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Loğman Bilal oğlu Əhmədov arasında ailə münaqişəsi zəminində mübahisə baş verib. Mübahisə zamanı Loğman Əhmədov oğlu Vüqarı bıçaqlayıb. Hadisəni törətməkdə şübhəli sayılan Loğman Əhmədov saxlanılıb.


Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.


Paylaş:


Müəllif : Baxış :
23532
Tarix:
23-12-2017, 10:15
  


loading...