Gəncədə yanğın: Ölən və yaralanan var » Qaynar xəbərlərin tək ünvanı

» » Gəncədə yanğın: Ölən və yaralanan var

Gəncədə yanğın: Ölən və yaralanan var


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Gəncədə yanğın: Ölən və yaralanan var

Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncədəki yanğınla bağlı məlumat yayıb.


Aymobi.com FHN-nin saytına istinadən xəbər verir ki, Gəncə şəhəri, Kəpəz rayonunda ümumi sahəsi 50 kv.m olan birmərtəbəli ikiotaqlı evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə, ümumi sahəsi 105 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları isə 5 kv.m sahədə yanıb.


Yanğının kəşfiyyatı zamanı 1945-ci il təvəllüdlü Məmmədov Qüdrət Əli oğlunun yanmış meyiti aşkar edilib. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Hər iki evin qalan hissələri yanğından mühafizə olunub. Yanğın söndürülüb.


Paylaş:


Müəllif : Baxış :
13832
Tarix:
22-12-2017, 17:40
  


loading...