Futbolçusunu döyən klub prezidenti ömürlük cəza alıb » Qaynar xəbərlərin tək ünvanı

» » Futbolçusunu döyən klub prezidenti ömürlük cəza alıb

Futbolçusunu döyən klub prezidenti ömürlük cəza alıb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Futbolçusunu döyən klub prezidenti ömürlük cəza alıb

Türkiyənin Peşəkar Futbol İntizam Komitəsi (PFDK) II Liqada çıxış edən "Şanlıurfaspor” klubunun prezidenti Emin Yetimi ömürlük cəzalandırıb.

 

Aymobi.com report-a istinadən xəbər verir ki, səbəb onun komandanın futbolçusu Mertcan Çamı döyməsidir.


PFDK bu davranışına görə E.Yetimə 3 il 2 aylıq cəza və 180 min lirə cərimə kəsib. Cəzanın müddəti 3 ildən çox olduğu üçün klub prezidenti futboldan ömürlük uzaqlaşdırılıb.


Habelə, "Şanlıurfaspor” rəsmisi Mehmet Gəray Küçük eyni əsasla 1 illik cəzalanıb. O, həmçinin 60 min lirə cərimə ödəyəcək. Klubun digər işçisi Mustafa Müsri isə idmana zidd olan hərəkətə yol verdiyi üçün 30 günlük cəza alıb.


Qeyd edək ki, dekabrın 6-da Mertcan Çam klubdan maaşını tələb etdiyi üçün yaranan mübahisə zamanı Emin Yetim və bəzi klub rəsmiləri tərəfindən döyüldüyü iddiası ilə polisə şikayət edib. Klub prezidenti, ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.


Paylaş:


Müəllif : Baxış :
17032
Tarix:
22-12-2017, 13:41
  


loading...