Rasim Balayevin səhhəti ilə bağlı – YENİ XƏBƏR » Qaynar xəbərlərin tək ünvanı

» » Rasim Balayevin səhhəti ilə bağlı – YENİ XƏBƏR

Rasim Balayevin səhhəti ilə bağlı – YENİ XƏBƏR


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Rasim Balayevin səhhəti ilə bağlı – YENİ XƏBƏR

Xalq artisti Rasim Balayevin səhhətində irəliləyiş var.


Aymobi.com xəbər verir ki, bu barədə report-a açıqlamasında Xalq artisti özü məlumat verib.


O bildirib ki, artıq müalicələr nəticəsini göstərməyə başlayıb. Xalq artistinin sözlərinə görə, İsraildən gələn ortoped həkim, onun belində olan ağrıları müayinə etdikdən sonra müəyyən tapşırıqlar verib:


"Həkim təxminən 10 gün qabaq gəlmişdi. Mənə bəzi hərəkətlər etməyimi və hər gün gəzməyimi tapşırdı. Müalicəm gedir, özümü yaxşı hiss edirəm. Həmin həkim 3-4 aydan bir Bakıya gəlir. Yenidən gəldikdə müayinə üçün mənə xəbər edəcəklər".


Rasim Balayev Türkiyədən gələn nevropotoloqun müalicəsindən sonra səhhətində müsbət yöndə dəyişikliklərin olduğunu deyib:


"Əvvəlkinə nisbətən daha yaxşıyam. Müalicəm isə davam edir".


Qeyd edək ki, R.Balayev şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkir. Onun onurğasında da problem var. Xalq artistinin müalicə xərclərini dövlət ödəyir.


Paylaş:


Müəllif : Baxış :
19832
Tarix:
22-12-2017, 12:50
  


loading...