Dünya baytar qadının bu əməlindən danışır » Qaynar xəbərlərin tək ünvanı

» » Dünya baytar qadının bu əməlindən danışır

Dünya baytar qadının bu əməlindən danışır


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Dünya baytar qadının bu əməlindən danışır

ABŞ-ın Luisiana ştatında baytar qadın çərşənbə günü heyvanlara qarşı vəhşilik törədilməkdə ittiham olunaraq tutulub.


Aymobi.com milli.az-a istinadən xəbər verir ki, o qonşularından birinin itini başından yaralayaraq ölümcül vəziyyətə salıb. 35 yaşlı Kelly Fols "River Ridge"də yaşayan yan qonşusuna məxsus 15 aylıq itləri Bruizeri öldürməkdə günahlandırılır.


Bruizerin ölümündən əvvəl Fols qonşulardan birinə itin hürməsini səbəb göstərən pis niyyətli və ədavət dolu məktub göndərib. Bunu Cefferson Parish müsahibə zamanı qeyd edib. Folsun ailəsi yerli xəbər agentliyi olan - "WWLT-TV"yə müsahibə verən zaman onun heyvansevər olduğunu və ona qarşı edilən iddiaların yalan və çirkin olduğunu bildiriblər.


Bruizer dekabrın 14-ü evin bağçasının arxasında yara aldığı gündən bir gün sonra ölüb. İtin sahiblərindən biri olan Steysi Fitzner "Fox8"ə verdiyi müsahibə zamanı Bruizeri işə gedərkən səhər bağçaya buraxdığını deyir. Fitznerin anası isə işdən həmin gün gec gəldiyini və qayıdan zaman itlərini otların üstündə uzanmış görür və qısa zamandan sonra itin hərəkətsiz olduğunu anlayır. Anası iti yoxlamaq üçün yaxına gəldikdə isə itin qanlar içində olduğunu görür.


Bruizer dərhal baytara aparılır. Onun ölüm səbəbi aldığı yaralar olur. Baxmayaraq ki, Bruizer Folsun işlədiyi yerə aparılır, lakin o, Bruizerin müalicəsində iştirak etməkdən boyun qaçırır.


"WWLT-TV"nin verdiyi məlumata əsasən, Bruizerin ailəsi ilə danışıqlar aparan araşdırmaçılar Folsdan itin hürüb onu narahat etdiyi və eyni zamanda aqressiv davranması ilə əlaqədar qonşulara göndərilmiş çoxlu ciddi məktubların olduğunu deyiblər.


Abadie Baytarlıq Xəstəxanasının sahibi Scott Abadie çərşənbə axşamı "Facebook"da bölüşdüyü bir paylaşımda xəstaxanada hamının olanlarla bağlı şoka düşdüyünü bildirib.


"Heyvanlara qarşı kobudluq"la yanaşı Fols qeyri-qanuni şəkildə silah və narkotik maddələrin saxlanılması və istifadəsi ilə bağlı ittihamlarla da üzləşib.


Bu hadisə 2015-ci ildə oxla pişik öldürən texaslı baytar Kristen Lindseyin hadisəsini xatırladır. Lakin Fols Bruizeri öldürdüyünü etiraf etməsə də, Lindsey pişiyi öldürdüyü haqqında yazı paylaşmışdı. Hətta "İlin ən yaxşı baytarı...sevinclə qəbul edərəm" yazaraq hərəkətindən fəxr etdiyini bildirmişdi.


Paylaş:


Müəllif : Baxış :
20932
Tarix:
22-12-2017, 12:24
  


loading...

Oxşar Xəbərlər