52 yaşlı qadın heç bir ağrını hiss etmir - Səbəbi... » Qaynar xəbərlərin tək ünvanı

» » 52 yaşlı qadın heç bir ağrını hiss etmir - Səbəbi...

52 yaşlı qadın heç bir ağrını hiss etmir - Səbəbi...


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

52 yaşlı qadın heç bir ağrını hiss etmir - Səbəbi...

İtaliyanın 52 yaşlı sakini Letisiya Marsili hələ uşaq yaşlarında hamı kimi olmadığını anlayıb. O, demək olar ki, ağrı hiss etmir, bədəninin bir yerinin yandığından və ya sümüyünün sındığından xəbəri olmur.


Aymobi.com azərtac-a istinadən xəbər verir ki, bu ailənin 5 üzvü də adi insana ağrıkəsici lazım olduğu vəziyyətlərdə ağrı hiss etmir.


"Bizim həyatımız adi, normal şəkildə və ola bilsin ki, digər ailələrdən daha yaxşı keçir. Çünki biz nadir hallarda özümüzü pis hiss edirik və demək olar ki, ağrımırıq. Düzünü desək, biz ağrı hiss edirik, lakin o, cəmi bir neçə saniyə çəkir", - deyə Letisiya Marsili bildirib.


Alimlər hesab edirlər ki, Marsili ailəsinin üzvlərinin bəzi əsəb hüceyrələri digər insanlarda olduğundan fərqli işləyir.


Mütəxəssislər belə yüksək ağrı qüsuruna səbəb olan gen mutasiyasını aşkarlamağa çalışır və onu Marsili sindromu adlandırırlar. Onlarin fikrincə, bu fenomenin tədqiqi xroniki ağrı sindromundan əziyyət çəkən insanların müalicəsinə kömək edə bilər.


"Biz ağrı sindromunun müalicəsinin yeni üsulunun kəşfinə yaxınıq", - deyə Siena Universitetinin professoru Anna Mariya Aloizi qeyd edib.


Paylaş:


Müəllif : Baxış :
10632
Tarix:
22-12-2017, 10:51
  






loading...