Ermənistanı gözləyən dəhşətli 2018 ssenarisi Qarabağda müharibə və... » Qaynar xəbərlərin tək ünvanı

» » Ermənistanı gözləyən dəhşətli 2018 ssenarisi Qarabağda müharibə və...

Ermənistanı gözləyən dəhşətli 2018 ssenarisi Qarabağda müharibə və...


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Ermənistanı gözləyən dəhşətli 2018 ssenarisi Qarabağda müharibə və...

2018-ci ildə Dağlıq Qarabağda müharibə başlaya bilər.


Aymobi.com publika.az-a istinadən xəbər verir ki, Rusiyanın beynəlxalq əlaqələr üzrə məsləhət şurası (RSDM) "Rusiyanın xarici siyasəti: 2018-ci il" adlı hesabatda proqnozlarını açıqlayıb.


"2018-ci ildə Azərbaycanda və Ermənistanda seçkilər keçiriləcək. Seçki ilində Qarabağ münaqişəsində ziddiyyətlər gözlənilir", - deyə hesabatda deyilir.


RSDM ekspertləri hesab edirlər ki, gələn il Ermənistan Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında qalacaq: "Lakin istisna deyil ki, seçkilər fonunda Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi yüksələcək".


Azərbaycana gəlincə, hesabatda qeyd olunur ki, Bakının Moskva ilə münasibətləri qarşılıqlı əlaqələr fonunda davam edəcək.


"Böyük ehtimalla xalqın dəstəklədiyi Prezident İlham Əliyev seçkinin qalibi olacaq. Moskvada keçiriləcək Rusiya, İran və Azərbaycan liderlərinin sammiti ilin böyük hadisəsi olacaq", - deyə rus ekspertlər bildirib.


Hesabatda Dağlıq Qarabağ ətrafında ziddiyyətlərin davam edəcəyi, münaqişə zonasında gərginliyin arta biləcəyi qeyd olunur:

 

"Seçkilər dövründə Qarabağ ətrafında ziddiyyətlər aktuallaşacaq. Müəyyən fasilələrlə toqquşmalar baş verəcək. Hər iki tərəf müdafiə xərclərini artıracaq".


Paylaş:


Müəllif : Baxış :
20332
Tarix:
21-12-2017, 16:20
  


loading...

Oxşar Xəbərlər