Telefonlar üçün YENİ TƏHLÜKƏ - Batareyanı partladır » Qaynar xəbərlərin tək ünvanı

» » Telefonlar üçün YENİ TƏHLÜKƏ - Batareyanı partladır

Telefonlar üçün YENİ TƏHLÜKƏ - Batareyanı partladır


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

"Kaspersky Lab” kiber təhlükəsizlik şirkətinin mütəxəssisləri ağıllı telefonları məhv edən yeni virus aşkarlayıb.


Aymobi.com publika.az-a istinadən xəbər verir ki, şirkət rəsmi saytı vasitəsilə "Trojan.AndroidOS.Loapi” adlı virusun telefonu sıradan çıxarması barədə xəbərdarlıq edib.


Açıqlamaya görə, DDOS hücumlarını həyata keçirə bilən virus, virtual pul alışını edir və istifadəçiyə bir çox reklam göndərir. Virus həmçinin gedən və gələn mesaj mətnlərini yoxlaya və hətta antivirus proqramlarını silə bilər.


Virusun cihaza düşməsinə isə pis məqsədli reklamlara girilməsi səbəb olur. Bu reklamlar əsasən istifadəçilərin qarşısına hansısa tətbiqi yükləyərkən və ya xüsusi proqramların istifadəsi zamanı çıxır.


"Kaspersky” mütəxəssisləri onu da xüsusi qeyd edib ki, bu virusa yoluxan telefonun batareyası iki gündən sonra partlaya bilər.


Paylaş:


Müəllif : Baxış :
13732
Tarix:
21-12-2017, 13:37
  






loading...