"2018-ci ildə Dağlıq Qarabağ probleminin həlli gözlənilir" » Qaynar xəbərlərin tək ünvanı

» » "2018-ci ildə Dağlıq Qarabağ probleminin həlli gözlənilir"

"2018-ci ildə Dağlıq Qarabağ probleminin həlli gözlənilir"


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

"2018-ci ildə Dağlıq Qarabağ probleminin həlli gözlənilir"

"Biz hər an Dağlıq Qarabağ probleminin həllini gözləməliyik və gözləyirik ki, növbəti, 2018-ci ildə bu məsələ həll olunacaq. Ən azından bununla bağlı müəyyən konkret addımlar atılıb qərarlar qəbul olunacaq".


Aymobi.com bildirir ki, bu barədə milli.az-a açıqlamasında "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov bildirib.


Ekspertin sözlərinə görə, buna dəlalət edən bir sıra məqamlar var:

 

"Buna səbəb ola bilən hazırda gedən siyasi, iqtisadi, hərbi proseslərdir. Hamımız əminliklə hiss edirik ki, əgər Azərbaycan təkbətək baş-başa gəlsə, hərbi baxımdan Ermənistandan qat-qat üstündür və istənilən döyüş əməliyyatlarında qalib gələ bilər.


İqtisadi baxımdan Azərbaycanın Ermənistandan güclü olduğunu sübut etməyə ehtiyac da yoxdur. Bundan əlavə, Azərbaycan 2017-ci ildə geosiyasi və geoiqtisadi baxımdan bir sıra mühüm layihələrin təməlini qoyub, bəzilərini isə tamamlayıb. Bunlardan ən başlıcası Bakı-Tiflis-Qars dəmiryoludur. Bütün bunlar böyük uğurlardır. Onlar birbaşa da olmasa, dolayısı ilə Qarabağ məsələsinin həllinə böyük təsiri var.


Siyasi baxımdan isə Avropa Birliyinin Brüssel Bəyannaməsində Dağlıq Qarabağda daxil olmaqla münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllini qeyd etməsidir. Olanlar ondan xəbər verir ki, biz gələn il Dağlıq Qarabağ məsələsinin həllinə daha yaxın olacağıq".


E.Ələsgərov qeyd edib ki, bu fikirlərini söyləməyə əsas verən digər səbəblər də var:

 

"Məsələn, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində, o cümlədən Dağlıq Qarabağda məskunlaşdırılmış erməni əhalisinin çətinliklərə dözməyərək ordan köçməsi artır. Azərbaycan isə əksinə, ora daha da yaxınlaşıb. Buna 2016-cı ilin aprel döyüşlərindən sonra geri qaytarılmış ərazilərdə görülən işlər, xüsusən, Cocuq Mərcanlı kəndinin bərpası, orada əhalinin məskunlaşması sübutdur. Düşünürəm ki, bu proses 2018-ci ildə davam etdiriləcək".


Bununla yanaşı, professorun fikrincə, bu boyda böyük problemin bir gündə həllini gözləmək düzgün olmaz: "Nəzərə almaq lazımdır ki, Dağlıq Qarabağ problemi beynəlxalq səviyyədə aparılan müzakirələrdə həll olunur. İndiki məqamda Azərbaycan bu məsələdə daha həssas və ehtiyatlı davranmalıdır.

 

Qeyd edim ki, Azərbaycanda 2017-ci ildə idmandan tutmuş siyasi forumlaradək böyük beynəlxalq tədbirlər həm də Azərbaycanın Dağlıq Qarabağ məsələsində mövqeyinin beynəlxalq aləmdə daha çox dəstəklənməsinə qulluq edir. Ona görə də ümid edirik ki, 2018-ci ildə bu məsələ öz həllini tapacaq.


Əlbəttə ki, bu birdəfəlik həll olunmayacaq. Bu bir prosesdir. Axı Azərbaycan torpaqlarının işğalı bir gün də baş verməyib ki, qaytarılması da bir günə bitsin. Azərbaycan dövləti bu istiqamətdə ciddi addımlar atır. Lakin biz hər vəchlə bütün səylərimizi artırmalıyıq - həm siyasi, həm iqtisadi, həm hərbi, həm də digər sahələrdə".


Paylaş:


Müəllif : Baxış :
17232
Tarix:
21-12-2017, 10:55
  


loading...

Oxşar Xəbərlər