İnsanları ən çox öldürən 10 səbəb - DİQQƏT » Qaynar xəbərlərin tək ünvanı

» » İnsanları ən çox öldürən 10 səbəb - DİQQƏT

İnsanları ən çox öldürən 10 səbəb - DİQQƏT


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Aymobi.com xəbər verir ki, ümumdünya Səhiyyə Təşkilatı hər il dünyada insanların ölümünə yol açan əsas 10 səbəblə bağlı geniş hesabat yayımlayır. 2017-ci ilin yekun statistikası yalnız gələn ilin ortalarında açıqlanacağı üçün modern.az 2016-cı ildə dünyada insanların ölümünə səbəb olan 10 başlıca səbəb haqda informasiyanı təqdim edir.


Ümumdünya Səhiyyə Təşkilatı 2016-cı ildə 57,1 milyon insanın öldüyünü bildirir. Bu ölümlərin 53,2%-i aşağıdakı 10 səbəblə bağlıdır.


1-2. Ürəyin işemik xəstəliyi və İnsult


Bu iki xəstəlik insan ölümlərinə görə 15 ildir ki, rekord qırır. Ürək problemləri hər il 15-17 milyon insanın həyatdan köçməsinə səbəb olub.


3. Aşağı nəfəs yollarının infeksiyası


Bu ən ölümcül infeksion xəstəlik sayılır. Ötən il bu xəstəlik 3,3 milyon insanın həyatdan köçməsinə səbəb olub.


4.Ağciyərin obstruktiv xəstəliyi


Bu xəstəlikdən ildə 3,1 milyon insan keçinir.


5.Ağciyər xərçəngi


Bu diaqnoza bronx xəstəlikləri və ağciyər xərçəngi aid edilir. İldə bu xəstəlik 1,7 milyon can alır.


6.Diabet


İldə 1,6 milyon insanın həyatını əlindən alan xəstəlikdir. Diabet 2000-ci ildən bəri planet sakinləri arasında 30%-dən çox artım göstərib və sürətlə artmağa davam edir.


7.Demensiya


Demensiya hər il artmaqda olan daha bir ağır xəstəlikdir. Bu xəstəlik ildə 1,4 milyon insanı öldürür.


8.Diareya xəstəlikləri


Bu xəstəliyin yayılma miqyası xeyli azalıb. Son statistik məlumatlara görə, ildə 1,4 milyon insan diarreya xəstəliklərindən keçinir.


9.Vərəm


Vərəm sürətlə müalicəsi və əhatə dairəsi daralan xəstəliklərdən olsa da, ondan hər il 1,3 milyon insan ölməkdə davam edir.


10. Yol-nəqliyyat qəzaları


Yol qəzalarında hər il 1,2 milyon insan ölüb. Onlardan 1,1 milyon nəfəri yaxud 76%-i kişi cinsindəndir.


Paylaş:


Müəllif : Baxış :
7632
Tarix:
21-12-2017, 10:47
  






loading...