Nazirdən texnikum oxuyanlarla bağlı gözlənilməz AÇIQLAMA » Qaynar xəbərlərin tək ünvanı

» » Nazirdən texnikum oxuyanlarla bağlı gözlənilməz AÇIQLAMA

Nazirdən texnikum oxuyanlarla bağlı gözlənilməz AÇIQLAMA


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Nazirdən texnikum oxuyanlarla bağlı gözlənilməz AÇIQLAMA

"Azərbaycanda orta ixtisas təhsilli şəxslərə olan ehtiyac azalıb".


Aymobi.com xəbər verir ki, bunu "Əmək bazarı: islahatlar və perspektivlər" mövzusunda keçirilən konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.


O bildirib ki, hazırda daha yüksək səviyyədə təhsili olan, ixtisaslı kadrlara ehtiyac var:


"Ölkədə əmək ehtiyatlarının keyfiyyət tərkibini müəyyən edən əsas məsələlərdən biri də təhsil və ixtisas səciyyəsidir. 2010-cu ildən başlayaraq əmək miqrasiyası üçün kvota sistemi tətbiq olunmağa başlandı. Kvotanın tətbiqi ilk növbədə ixtisaslı kadrların Azərbaycana cəlb edilməsi, eləcə də ölkə daxilindəki əmək resurslarından maksimum səviyyədə, daha geniş istifadə olunmasına və onların ixtisasının artırılmasına diqqətin yönəldilməsidir".


S.Müslümov qeyd edib ki, nazirliyin "Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya" sistemində qeydə alınmış muzdlu işçilərin 37.5 faizi ali təhsilli, 37.5 faizi orta təhsillidir, 22.3 faizi orta ixtisas təhsillidir.


Paylaş:


Müəllif : Baxış :
72932
Tarix:
20-12-2017, 12:44
  


loading...