6-cı sinif şagirdləri üçün monitorinq imtahanı keçiriləcək » Qaynar xəbərlərin tək ünvanı

» » 6-cı sinif şagirdləri üçün monitorinq imtahanı keçiriləcək

6-cı sinif şagirdləri üçün monitorinq imtahanı keçiriləcək


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

6-cı sinif şagirdləri üçün monitorinq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) 20 və 21 dekabr 2017-ci il tarixlərində Bakı və Sumqayıt şəhərlərində ümumtəhsil müəssisələrinin 6-cı siniflərində təhsil alan şagirdlər üçün Azərbaycan (rus) dili və riyaziyyat fənlərindən monitorinq imtahanı keçirəcək.


Aymobi.com xəbər verir ki, DİM-dən bildirilib ki, bu şəhərlərdə keçiriləcək monitorinq imtahanlarında 49 məktəb əhatə olunacaq. Azərbaycan dili fənni üzrə 3609, rus dili fənni üzrə 2454, riyaziyyat fənni üzrə isə  3635 şagirdin imtahanda iştirakı nəzərdə tutulur.


Azərbaycan (rus) dili fənni üzrə imtahan bu gun keçiriləcək. İmtahan saat 10:00 da başlanacaq və 2 saat davam edəcək, ilk 1 saat 30 dəqiqə açıq tipli test tapşırıqlarının cavablandırılmasına, son 30 dəqiqə inşa (esse) yazılmasına ayrılır.


Riyaziyyat fənni üzrə imtahan 21 dekabr tarixində keçiriləcək. İmtahan saat 10:00-da başlanacaq və 1 saat 30 dəqiqə davam edəcək.


Qeyd edək ki, monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır. Ümumtəhsil müəssisələrində bu imtahanlar  dövlət vəsaiti hesabına təşkil olunur.


Paylaş:


Müəllif : Baxış :
9332
Tarix:
20-12-2017, 10:49
  






loading...

Oxşar Xəbərlər