Balakəndə avtomobil 67 yaşlı qadını vurub » Qaynar xəbərlərin tək ünvanı

» » Balakəndə avtomobil 67 yaşlı qadını vurub

Balakəndə avtomobil 67 yaşlı qadını vurub


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Balakəndə avtomobil 67 yaşlı qadını vurub

Aymobi.com  məlumatına görə, hadisə bu gün axşam saat 18 radələrində Balakən şəhərində fəaliyyət göstərən şadlıq evlərinin birinin qarşısında baş verib. Hələ ki şəxsiyyəti açıqlanmayan sürücü idarə etdiyi "VAZ 21063” markalı minik avtomobili ilə yolu keçmək istəyən piyada, rayonun Xalatala kənd sakini 1950-ci il təvəllüdlü Cənnət Məhəmməd qızı Xanlayevanı vurub. Qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 67 yaşlı Cənnət Xanlayeva Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan  verilən məlumata görə, Cənnət Xanlayevanın müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir.

Məlumatda bildirilir ki, Cənnət Xanlayeva nəvəsinin toy məclisində iştirak etmək üçün şadlıq sarayına gedirdi.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır. (APA)


Paylaş:


Müəllif : Baxış :
75432
Tarix:
19-12-2017, 20:59
  


loading...