19 yaşlı oğlan niyə qətl törətdi? (təfərrüat) » Qaynar xəbərlərin tək ünvanı

» » 19 yaşlı oğlan niyə qətl törətdi? (təfərrüat)

19 yaşlı oğlan niyə qətl törətdi? (təfərrüat)


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

19 yaşlı oğlan niyə qətl törətdi? (təfərrüat)

Bakıda 19 yaşlı oğlanın törətdiyi qətlin təfərrüatı məlum olub.


Aymobi.com lent.az-a istinadən xəbər verir ki, Sabunçu qəsəbəsində 19 yaşlı Emil Heydərov qətlə yetirdiyi 1992-ci il təvəllüdlü Həziyev Nicat Qulam oğlu ilə bir məhəllədə yaşayıb.


Polis tərəfindən saxlanılan Emil bildirib ki, özündən 6 yaş böyük Nicatı mübahisə zəminində öldürüb. O deyib ki, Nicatın bəzi hərəkətlərindən xoşu gəlməyib. Belə ki, 25 yaşlı Nicat Həziyevin məhəllədə qızla gəzməsi Emili narahat edib.

 

O, məhəllədən tanıdığı Nicata "hamımızın ana-bacısı var. Belə hərəkətlər lazım deyil" kimi irad bildirib. Bundan sonra onların münasibəti kəskinləşib və aralarında münaqişə yaranıb. Münaqişə zəminində 19 yaşlı Emil Nicatı bıçaqlayaraq öldürüb.


Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Paylaş:


Müəllif : Baxış :
19132
Tarix:
19-12-2017, 17:33
  


loading...