Hava ilə bağlı ŞAD XƏBƏR VAR - Proqnoz açıqlandı » Qaynar xəbərlərin tək ünvanı

» » Hava ilə bağlı ŞAD XƏBƏR VAR - Proqnoz açıqlandı

Hava ilə bağlı ŞAD XƏBƏR VAR - Proqnoz açıqlandı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Hava ilə bağlı ŞAD XƏBƏR VAR - Proqnoz açıqlandı

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.


Aymobi.com xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən mətbuat.az-a verilən məlumata görə, dekabrın 20-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.


Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-9, gündüz 9-13, Bakıda gecə 7-9, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.


Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.


Azərbaycanın rayonlarında dekabrın 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.


Havanın temperaturunun gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda 0-5, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.


Tibbi-meteoroloji proqnoza görə, dekabrın 22-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.


Paylaş:


Müəllif : Baxış :
35232
Tarix:
19-12-2017, 12:54
  


loading...