Rusiya səfirinə sui-qəsdlə bağlı - YENİ MƏLUMAT » Qaynar xəbərlərin tək ünvanı

» » Rusiya səfirinə sui-qəsdlə bağlı - YENİ MƏLUMAT

Rusiya səfirinə sui-qəsdlə bağlı - YENİ MƏLUMAT


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Rusiya səfirinə sui-qəsdlə bağlı - YENİ MƏLUMAT

Rusiyanın Ankaradakı keçmiş səfiri Andrey Karlova qarşı sui-qəsdin bir ilinin tamamında yeni məlumatlar ortaya çıxıb.


Aymobi.com mətbuat.az-a istinadən xəbər verir ki, Ankara Prokurorluğunun məlumatında bildirilir ki, sui-qəsdi törədən polis Mərd Altıntaşın virtual aləmdəki izlərini FƏTÖ üzvlərinin sildiyi müəyyən edilib.


Prokurorluğun məlumatında deyilir ki, cinayətkarın mobil telefonuna uzaqdan girməklə, elektron poçtundakı və sosial mediadakı bütün mesajlar silinib. Bu işlər isə onlayn şəkildə həyata keçirilib.


Məlumata görə, mesajları silən kompüterin seriya nömrəsi müəyyən edilib. Kompüterin seriya nömrəsinin virtual mühitdə yaradıldığı və ABŞ-dan idarə olunduğu müəyyən olunub. Bildirilib ki, Altıntaşın silinən elektorn məktublarının məzmununu müəyyən etmək üçün ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FBİ) ilə yazışma aparılsa da, nəticə əldə edilməyib.


Paylaş:


Müəllif : Baxış :
28832
Tarix:
18-12-2017, 17:41
  


loading...

Oxşar Xəbərlər