Sürücünün əl-ayağını bağlayıb meşəyə atdılar » Qaynar xəbərlərin tək ünvanı

» » Sürücünün əl-ayağını bağlayıb meşəyə atdılar

Sürücünün əl-ayağını bağlayıb meşəyə atdılar


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Sürücünün əl-ayağını bağlayıb meşəyə atdılar

Azərbaycanda taksi sürücüsünü qaçıran şəxslər tutulublar.


Aymobi.com sonxəbər.az-a istinadən xəbər verir ki, 2 nəfər naməlum şəxs Gəncə sakini Mahir Məmmədovun sürdüyü "Mercedes"ə əyləşərək əvvəlcə Biləcəriyə, daha sonra isə Gəncəyə gedəcəklərini bildiriblər.


Həmin şəxslər Biləcəridə sürücüyə hücum edərək onun əl-qolunu, gözlərini və ayaqlarını bağlayıblar. Sürücünün pullarını da əlindən alan naməlum şəxslər M.Məmmədovu İsmayıllı rayonunun Bizlan kəndində meşəliyə ataraq qaçıblar. Bir müddət sonra M.Məmmədovun "Mercedes"i Ağsunun Nüydü kəndində aşkarlanıb.


Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq etmiş Ülvi Xəlilov və Ümid Əliyev tutulub.


Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Xatırladaq ki, hadisə 10 gün əvvəl baş verib. Gəncəyə getmək adı ilə M.Məmmədovun avtomobilinə əyləşən iki nəfər əvvəlcə maşını Biləcəri qəsəbəsinə sürdürüblər. Həmin şəxslər Biləcəridə sürücüyə hücum edərək onun əl-qolunu bağlayıblar. Bundan sonra naməlum şəxslər M.Məmmədovu da avtomobilə qoyaraq maşını İsmayıllı rayonuna sürüblər. Onlar həmin rayonun Bizlan kəndində sürücünü meşə ərazisində avtomobildən düşürərək ərazidən uzaqlaşıblar.


Paylaş:


Müəllif : Baxış :
16232
Tarix:
18-12-2017, 14:18
  


loading...